Kompleks şəhərin yayla hissəsində - hündür yerdə inşa edilmişdir. Buradakı mənzillərin eyvan və pəncərələrindən dənizə və bütün şəhərə çox gözəl mənzərə açılır.

“Şəfəq” tikinti şirkəti daşınmaz əmlak bazarında artıq 10 ildən yuxarıdır ki, fəaliyyət göstərməkdədir. Bu fəaliyyət müddəti ərzində tərəfimizdən çox sayda yaşayış obyektləri tikilib istismara verilmişdir. Şirkətimizin prioritet xüsusiyyətlərindən biri də inşa etdiyi tikililərin keyfiyyəti və təhlükəsizliyidir. Bütün bu dövr ərzində - ilk tikilib istismara verilmiş obyektlərdən başlamış, hazırda tikintisi davam edən binalara qədər – bu iki amil dəyişməz, stabil və sabit qalmışdır. İstismara təqdim edilmiş bütün yaşayış kompleksləri daima həm mütəxəssislərin, həm də bilavasitə istifadəçilər olan müştərilərin ən yüksək qiymətini qazanmışlar.

Bu istinad üzrə sayta baxmaq olar: shefag.alitech.biz