Marketinq Departamenti
Əgər “Alitech Studio” şirkətini canlı bir orqanizm kimi təsəvvür etsək, onda bu orqanizmin “düşünən beyni” – Marketinq Departamenti olar.
Bu Departament şirkətimizin sanki özünəməxsus bir “təhlil mərkəzidir”. Bu təhlil mərkəzində şirkətin potensial partnyoru axtarılır və öyrənilir, onun qarşısına qoyduğu məqsədlər və mümkün auditoriyası araşdırılır və nəhayətdə müştərinin ümumiləşdirilmiş bir obrazı yaradılır. Bundan sonra, Departamentin mütəxəssisləri sifariş verilmiş veb-məhsulun maketinin hazırlanması sxemini, görüləcək işin metod və vasitələrini işləyib hazırlayırlar. Elə bu Departamentin divarları daxilində də məhsulun brendinin konsepsiyası yaranır və digər departamentlər üçün texniki tapşırıqlar hazırlanır.
“Alitech Studio” aktiv şəkildə burada çalışan daimi işçi heyətinə əlavə əməkdaşları da cəlb edir. Bu cür yanaşma nəticəsində şirkətimizin onlarla ştatdankənar ixtisaslı mütəxəssislərlə işgüzar əlaqəsi yaranır ki, bu da “Alitech Studio”ya canlı bir orqanizm kimi “yaşamağa” imkan verir. Belə ki, bu cür aktiv əməkdaşlıq strategiyası sayəsində internet saytları və məhsulları sahəsində və ümumiyyətlə veb-resurslar sferasında yaranan hər yenilik çox qısa bir zaman ərzində “Alitech Studio”nun məhsullarında tətbiq edilmək şansını qazanır. Beləliklə, hər hansı veb-resurs layihəsinin yaradılması zamanı onun müəllifi olan “Alitech”, digər şirkətlərdən fərqli olaraq zəruri məlumatların qeyri-məhdud çeşiddə çatdırılması metodlarına malikdir.
Mütəxəssislərlə işə belə yanaşma nəticəsində studiyamız veb-bazarına bir çox həddən ziyadə mürəkkəb multimedia məhsulları təqdim etməyə müvəffəq olmuşdur. Bu cür mürəkkəblik səviyyəsinə malik olan məhsulların ərsəyə gəlməsi isə çoxlu sayda müxtəlif ixtisaslı mütəxəssislərin cəlb edilməsini tələb edir. Elə bir tək “Alitech Studio” şirkətinin veb-texnologiyalar bazarına təqdim etdiyi məhsulların səviyyəsi, studiyamızda hökm sürən yüksək istehsal mədəniyyətindən xəbər verir. Burada həm ideal şəkildə işləyən texniki təminatla həmahəng təqdim edilən cəsarətli kreativ yanaşma, həm də müasir dizayner sənətinin əsərləri üçün yaradılmış ideal texniki “yaraşıq haşiyəsi” – həqiqi işə qiymətverənlərin diqqətini cəlb edir.
Işin başlanğıc mərhələsində əməkdaşın Sifarişçi ilə işləmək bacarığı, onun bu təşkilatın qarşısına qoyduğu məqsədləri və həll etməyə çalışdığı məsələləri qavrayıb başa düşməsi çox böyük önəm kəsb edir. Məhz elə bu səbəbdən də “Alitech Studio”nun Marketinq Departamentinin əməkdaşları icraya götürülmüş layihəni onun ən ilkin mərhələsindən başlamış, bu layihənin hazır məhsul şəklində təhvil verilməsi və necə deyərlər “işıq üzü görməsi” mərhələsinə qədər müşayiət edirlər. Və qeyd etmək lazımdır ki, Departamentin əməkdaşlarının konkret layihəyə olan qayğıları bunlarla da məhdudlaşmır. Çünki, onlar layihə təhvil verildikdən sonra da onun veb-resurslar bazarında inkişafı və populyarlaşması istiqamətində konsaltinq xidmətləri göstərirlər. Bir məqamı da qeyd etmək istəyirik ki, sifariş verilmiş veb-resurs hazırlanandan və Sifarişçiyə təqdim olunandan sonra Marketinq Departamentinin əməkdaşları müştərimizin həmin resursla işləyəcək işçilərinə treninqlər keçir.
Beləliklə, Sifarişçi ilə razılaşdırılmış sayt layihəsi Kreativlər Departamentinə daxil olur.