Alitech Studio

İnkişaf Departamenti

İnkişaf Departamenti
Hər hansı bir iş təcrübəsinin toplanması və onun sonrakı konvertasiyası olmadan professional təcrübənin daimi inkişafı haqqında söhbət açmaq bir qədər çətindir.

“Alitech Studio” şirkətinin Inkişaf Departamentinə gəldikdə isə burada bir məqamı xüsusi olaraq qeyd etmək daha məqbul olardı. Belə ki, bəlli işdir ki, hər hansı bir iş təcrübəsinin toplanması və onun sonrakı konvertasiyası olmadan professional təcrübənin daimi inkişafı haqqında söhbət açmaq bir qədər çətindir.

Şirkətimizin İnkişaf Departamenti öz-özlüyündə elə bil Marketinq Departamentinin məntiqi davamı qismində çıxış edir. Burada şirkətimizin daima qalxan xətt üzrə inkişaf etməsi məsələləri həll olunur. Bu Departamentdə atdığımız hər bir növbəti addımımızın özündən əvvəlkini nəzərə alacağı və özündən sonrakının irəli getməsi üçün zəruri şəraiti və şərtləri yaratması məsələləri ilə bağlı problemlər həll olunur.

İnkişaf Departamentində bütün bu məsələlər nəzərə alınaraq şirkət tərəfindən atılmış addımların toplanması və təhlili işi aparılır, bu addımlar keyfiyyət baxımından müqayisə olunur, onların işin son nəticəsinə - şirkətimizin sifarişçilərə təqdim olnmağa hazır olan məhsuluna təsiri öyrənilir. Bu zaman bir çox amillər də nəzərə alınır. Məsələn, yaranmış müxtəlif vəziyyətlərin xüsusiyyəti nəzərə alınır, partnyorlarla olan işlərin vəziyyəti fiksə edilir, onlarla qarşılıqlı münasibətlərin inkişaf modelləri bir daha gözdən keçirilir, keyfiyyət baxımından daha yeni və mütərəqqi təkliflərlə xidmətlər bazarına çıxmağın yolları aranır və s.

Göründüyü kimi həll ediləsi məsələlərin yuxarıda qeyd edilmiş bu cür geniş spektri, onlara müvafiq yanaşmaların da işlənib hazırlanmasını, tapılmasını şərtləndirir. Və bu halda çox mühümdür ki, şirkətin hər hansı konkret şöbəsi, elə bütünlüklə şirkətin özü də öz fəaliyyətini mütləq dəqiq sahmanlanmış və tərkib hissələrinin də qarşılıqlı şəkildə biri-birilərini tamamlayan bir şəkildə həyata keçirsin. Çünki, əksər hallarda işin səmərəliliyi və məhsuldarlığı fəaliyyətin elə məhz bu qaydada qurulmasından asılı olur. Və inkişafın rəhni də məhz bundadır.