Studio Haqqında

“Alitech Studio” özü haqqında qısa icmal:
“Alitech Studio” – dünyanın qabaqcıl proqram təminatçılarının məhsullarını Azərbaycanın veb-resurslar bazarı şəraitinə uyğunlaşdıraraq iqtisadiyyatın bu yeni sferasında fəal şəkildə xidmət göstərən bir şirkətdir. Şirkətimiz internet saytlarının yaradılması, layihələşdirilməsi, dizaynı, bu saytların “nüvələrinin” adaptasiya edilməsi, onların müvafiq məzmunlu mətn və materiallarla təmin edilməsi, mövzular üzrə bölünməsi, həmçinin video-təqdimatların və video-çarxların məzmunu ideyalarının irəli sürülməsi və sonradan bütün bunları hazır məhsul halına gətirilməsi və s. sahəsində ixtisaslaşmışdır və aktiv şəkildə fəaliyyət göstərməkdədir.

Qeyd etmək lazımdır ki, “Alitech Studio” firması yuxarıda sadalanan bütün istiqamətlər üzrə işləri “sıfırdan” başlayaraq tam kamil bir hazır məhsul halına gətirib, onları Sifarişçiyə təhvil verənədək olan bütün mərhələləri öz gücü və imkanları hesabına həyata keçirir.

Lakin, “Alitech Studio” şirkətinin təqdim etdiyi xidmətlərin siyahısı yuxarıda sadalananlarla da məhdudlaşmır. Belə ki, şirkətimizin göstərdiyi xidmətlər sırasında artıq adları çəkilmişlərlə yanaşı domen və hostinq xidmətlərinin göstərilməsi, multimedia, məsləhət və konsaltinq xidmətləri, Sifarişçiyə təqdim etdiyimiz veb-resurslardan istifadə etməyi öyrənmək üçün onun əməkdaşlarına təlim kursunun keçirilməsi xidmətləri və digər xidmətlər də vardır.

Marketinq Departamenti

Əgər “Alitech Studio” şirkətini canlı bir orqanizm kimi təsəvvür etsək, onda bu orqanizmin “düşünən beyni” – Marketinq Departamenti olar. Bu Departament şirkətimizin sanki özünəməxsus bir “təhlil mərkəzidir”. Burada potensial partnyor axtarılır və öyrənilir, qarşısına qoyulduğu məqsədlər və mümkün auditoriyası araşdırılır və nəhayətdə müştərinin ümumiləşdirilmiş bir obrazı yaradılır.

Kreativ Təşəbbüslər Departamenti

Kreativlər Departamentinə daxil olan sayt layihəsi üzərində iş növbəti mərhələyə qədəm qoyur. Burada öz işlərinin xiridarları olan mütəxəssislər - ən yüksək səviyyəli professionallar saytın dizayn tərtibatı üzərində işləməyə başlayırlar. Bu yerdə bir haşıyə çıxaraq qeyd etmək istəyirik ki, “Alitech Studio” veb-resursların dizaynı işlərində “art” istiqamətə (incəsənət istiqamətinə, yönümünə) üstünlük verir...

Texniki Departament

Kreativlər Departamentində gedən işə paralel olaraq Texniki Departamentdə də iş başlanır. Əlbəttə ki, veb-resursun texniki tələbatlarının ilkin hesablanması marketinq bölməsində baş verir. Və Texniki Departament üçün hazırlanan tapşırıqda bu veb-resursun təyinatı, onun üzərinə düşə biləcək məlumat tutumluluğu və yüklənmə həcmi və o cümlədən, bu veb-resursa xidmət edəcək işçi heyəti müəyyən edilir və göstərilir.

Mətnlərlə İş üzrə Departamenti

Mətnlərlə İş üzrə Departamentinin qarşısında duran əsas vəzifə əvvəlcədən tərtib edilmiş texniki tapşırıq əsasında layihənin məqsəd və niyyətlərinə cavab verən mətnin yaradılmasıdır. Beləliklə, bu Departamentdə saytın içərisində yerləşdiriləcək mətnlər hazırlanır. Qeyd etmək lazımdır ki, mətnlərin hazırlanması məsələsində studiyamızın 2 cür yanaşması mövcuddur. Birinci yanaşma odur ki, Sifarişçi saytında olmasını arzuladığı mətn və yazıları özü hazırlayır və onları saytda yerləşdirmək üçün bizə verir.

İnkişaf Departamenti

“Alitech Studio” şirkətinin Inkişaf Departamentinə gəldikdə isə burada bir məqamı xüsusi olaraq qeyd etmək daha məqbul olardı. Belə ki, bəlli işdir ki, hər hansı bir iş təcrübəsinin toplanması və onun sonrakı konvertasiyası olmadan professional təcrübənin daimi inkişafı haqqında söhbət açmaq bir qədər çətindir.
Şirkətimizin İnkişaf Departamenti öz-özlüyündə elə bil Marketinq Departamentinin məntiqi davamı qismində çıxış edir. Burada şirkətimizin daima qalxan xətt üzrə inkişaf etməsi məsələləri həll olunur. Bu Departamentdə atdığımız hər bir növbəti addımımızın özündən əvvəlkini nəzərə alacağı və özündən sonrakının irəli getməsi üçün zəruri şəraiti və şərtləri yaratması məsələləri ilə bağlı problemlər həll olunur.