CLİPTV Şirkəti Azərbaycan Respublikası ərazisində OTT (over the top) texnologiyası əsasında internet üzərindən rəqəmsal televiziyanın yayımı ilə məşğuldur və 2018-ci ildə yaranmışdır.

CLİPTV öz unikallığı ilə seçilən layihələrinin, eləcə də müasir informasiya texnologiyaları və proqram həllərinin tətbiq olunmasının birmənalı tərəfdarıdır. Proqram təminatının hazırlanması üçün məsləhətçi-partnyor seçərkən, CLİPTV Şirkəti dərin və detallı təhlil aparmışdır. Nəticədə bütün tələblərimizə cavab verən və bazardakı analoqlardan tam fərqlənən optimal həll tapıldı.