EPUL layihəsi fərqli cihazlar və rabitə kanalları vasitəsi ilə ödənişlərin edilməsinə imkan yaradan elektron ödəniş sistemidir.
İstənilən İnternet istifadəçisi EPUL sistemində qeydiyyatdan sonra sürətli online ödənişlər etmək imkanına malik olur.
Layihənin məqsədi — İnternet üzərindən bank kartları və Pul Kisəsi vasitəsi ilə aparılan ödənişləri hər bir internet istifadəçisi olan şirkətə və şəxsə əlçatan, rahat alətə çevirməkdir.
EPUL Azərbaycanda Android və İOS sistemlərində işləyən-mobil tətbiqi təqdim edən və online rejimdə vəsaitlərin kartdan-karta köçürülməsinə imkan yaradan ilk ödəniş sistemidir. EPUL layihəsi «Paysis» MMC tərəfindən hazırlanmışdır və bu şirkətə məxsusdur.
Müştərilərin xeyrinə ödənişlərin qəbulu «Bank of Baku» ASC-nin prosessinq mərkəzi tərəfindən həyata keçirilir.
www.E-PUL.az saytının etibarlılığı Thawte SSL, Verified by Visa və MasterCard SecureCode sertifikatları ilə təsdiq olunub.