Mətnlərlə iş üzrə departament
Mətnlərlə İş üzrə Departament
Mətnlərlə İş üzrə Departamentinin qarşısında duran əsas vəzifə əvvəlcədən tərtib edilmiş texniki tapşırıq əsasında layihənin məqsəd və niyyətlərinə cavab verən mətnin yaradılmasıdır. Beləliklə, bu Departamentdə saytın içərisində yerləşdiriləcək mətnlər hazırlanır. Qeyd etmək lazımdır ki, mətnlərin hazırlanması məsələsində studiyamızın 2 cür yanaşması mövcuddur. Birinci yanaşma odur ki, Sifarişçi saytında olmasını arzuladığı mətn və yazıları özü hazırlayır və onları saytda yerləşdirmək üçün bizə verir.
Bu məsələyə ikinci növ yanaşma isə kifayət qədər fərqlidir. Buna yaradıcı yanaşma da demək olar. İş burasındadır ki, bu zaman Sifarişçi öz fəaliyyətinin spesifikasına müvafiq mətnlərin hazırlanmasını şirkətimizə həvalə edir. Və bu işlə də bilavasitə studiyamızın Mətnlərlə İş üzrə Departamenti məşğul olur. Bu zaman layihə menecerinin ixtiyarında şirkətimizin ştatında olan və ştatdankənar kopirayterlər, rerayterlər və tərcüməçilər olur.
Dəfələrlə biz heç şübhəsiz maraqlı, lakin quru “idarə dili” ilə tərtib edilmiş məlumat materialları ilə rastlaşırıq. Bu baxımdan, şirkətimizin haqqında söhbət getdiyi Departamentinin strateji fəaliyyət istiqaməti – hər hansı məhsulun və yaxud xidmətin funksional lazımlılığını və tərkibini istehlakçıya çatdırmaqdır.
Bu və buna bənzər problemlərin həlli üçün şirkətimiz tez-tez ştatdankənar mütəxəssislərin xidmətinə müraciət edir. Tələb olunan nəticəyə çatmaq üçün studiya bu mütəxəssislərdən müsahibələr götürür. Daha sonra, bu müsahibələr vasitəsilə əldə edilmiş məlumatlar əsasında satılması nəzərdə tutulmuş məhsul barədə maraqlı bir hekayə tərtib etmək mümkün olur. Elə bu məqsədlərlə də Departamentdə çalışan əməkdaşlarımız Sifarişçinin fəaliyyətini diqqətlə öyrənir, bu fəaliyyətin bütün detallarını və nüanslarını diqqətlə nəzərdən keçirir. Daha sonra bu sahədə olan qabaqcıl təcrübələr və mütəxəssis rəyləri barədə məlumat toplanır.
Toplanmış bütün bu məlumatlar Sifarişçinin fəaliyyətinə maksimal şəkildə uyğunlaşdırılır. Sonra bütün bu məlumat kütləsi sistemləşdirilir, müvafiq bölmələrə, sərlövhələrə və başlıqlara bölünür. Bu zaman Sifarişçinin fəaliyyətinin qabardılması zəruri olan məqamları xüsusi olaraq vurğulanır.
Qeyd edək ki, şirkətimizin bu bölməsinin işinin digər bölmələrin işi ilə mütləq şəkildə uyğun gəlməsinin vacibliyi müxtəlif dillərdə olan mətnlərlə aparılan işlərdə də özünü göstərir. Belə ki, bu zaman tərcüməçilərin qarşısında duran vəzifə mətn həcminin yalnız keyfiyyətli və vaxtında təhvil verilməsi yox, həm də bütün tərcümə materialının onun üçün müəyyən edilmiş mətn həcmlərinə yerləşdirilməsidir. Ona görə də bu Departamentin bütün əməkdaşlarından tam professionallıq və komandada işləmək bacarığı tələb olunur.
Beləliklə nəhayət, toplanmış və sistemləşdirilmiş bütün bu məlumat həcmi Sifarişçinin arzusuna müvafiq olaraq bir neçə dilə - əksər hallarda bir qayda olaraq ingilis, rus və Azərbaycan dillərinə - tərcümə olunur. Tərcümə işinə şirkətimiz, yuxarıda qeyd etdiyimiz kimi əlavə olaraq kənardan mütəxəssislər cəlb edir. Və bir qayda olaraq bu mütəxəssislər öz sahələrində böyük və çoxillik iş təcrübəsinə malik olan adamlar olurlar.
Mətnlərlə İş üzrə Departamentinin mütəxəssisləri onlara təqdim edilmiş mətnin necə deyərlər “quru” tərcümə edilməməsini də diqqət mərkəzində saxlayırlar. Belə ki, əvvəlcə mətn təklif edilən məhsulun istehlakçılarının keyfiyyət və kəmiyyət tərkibindən asılı olaraq ilkin, baza dilində tərtib edilir. Sonra isə bu mətnin imic baxımından və yaxud digər nöqteyi-nəzərlərə müvafiq olaraq başqa dillərə tərcümə edilməsi həyata keçirilir. Başqa dillərə tərcümənin həyata keçirilməsi zaman mətnin texniki transformasiyasını istisna etmək və tərcümə olunan dilin spesifikliyini nəzərə alaraq burada ən populyar, geniş yayılmış və modern, müasir olan ifadə və söz birləşmələrinin tətbiq edilməsi diqqətdə saxlanılır. Mətnlərlə İş üzrə Departamentdə işə belə yanaşmanı əli “dilin nəbzində” saxlamaq adlandırırlar.
Bu mərhələnin nəticəsinin daha bir çətin və ağır məqamı multimedia məhsulunun realizə edilməsidir. Nəzərə almaq lazımdır ki, bu qəbildən olan məhsullar çox baha başa gələndirlər. Və geniş həcmli mətnlərin tərcüməçilərinin qarşısında tərcümə işinin nəinki yalnız keyfiyyətli şəkildə və müddətində təhvil verilməsi yox, həm də onun müvafiq adaptə olunmuş variantda təqdim edilməsi durur.
Məlumdur ki, əksər hallarda multimedia məhsulunun davamiyyəti dəqiqələr və hətta saniyələrlə ölçülür. Mətn həcminin bu cür defisiti və məhdudlaşdırılması ona xüsusi yanaşmanı tələb və diktə edir. Axı, zəruri olan bütün hər şeyi tələb olunan vaxt çərçivəsinə yerləşdirmək və bununla bərabər istehlakçıya hərtərəfli və müfəssəl məlumatı bir neçə dəqiqə, bəzən də saniyə ərzində çatdırmaq lazım gəlir. Bu baxımdan, Mətnlərlə İş üzrə Departamentin əməkdaşları mətnin məna tutumluluğunun nə qədər böyük əhəmiyyət kəsb etdiyini nəzərə alır və elə həllər təklif edirlər ki, bu tutumluluq, məlumatla maksimum şəkildə doldurulma nöqteyi-nəzərindən, tam şəkildə istifadə olunsun. Özü də ki, bu zaman məlumatın çatdırılmasının neyrolinqvistik xüsusiyyətləri zəruri və kafi şərt kimi diqqət mərkəzində saxlanılır.
Bunun üçün Mətn Departamentinin işçiləri Marketinq Departamentinin təqdim etdiyi göstəricilərə əsaslanaraq, ilk növbədə informasiya istehlakçısının psixoloji tipini müəyyən edirlər və onun ümumiləşdirilmiş obrazı yaradılır. Bundan sonra potensial istehlakçının tipi və təklif edilən məhsulun xüsusiyyətləri nəzərə alınaraq münasib adaptasiya variantları nəzərdən keçirilir. Bu işin növbəti mərhələsində isə ən optimal modelin seçimi həyata keçiriləcəkdir. Daha sonra müvafiq məxsusi mətnin seçilmiş modelin üzərinə köçürülməsi yerinə yetirilir.
Mətnlərlə İş üzrə Departamentin işinin digər tərkib hissəsi də istehlakçıya təklif olunan məhsul üçün “səsin” seçilməsidir. Qeyd etmək lazımdır ki, bir çox adamlar kadr arxasından gələn səsin diqqətin toplanmasına, hər hansı bir məqamın hansısa xüsusiyyətlərində fikrin cəmlənməsinə və yaxud da ki, istehlakçının diqqətini məhsulun özündən yayındıraraq hansısa ikinci dərəcəli məsələlərdə təmərküzləşməsinə gətirib çıxarmağının fərqinə varmır.
Bu baxımdan, studiyamızda bütün bu yuxarıda sadalanan cəhətlər nəzərə alınmaqla mətnin səsləndirilməsi prosesi həyata keçirilir. Lakin, bu məsələdə bir şeyi də yaddan çıxarmaq olmaz ki, “kamilliyin hədd-hüdudu yoxdur”, və belə incə məqamlara diqqətin həddən ziyadə çox vurğulanması mətnin səsləndirilməsi məsələsində seçimin çətinləşməsinə gətirib çıxara bilər. Və bu da, əlbəttə ki, mütləq işin yerinə yetirilib təhvil verilməsinin müddət və keyfiyyətində özünü büruzə verəcəkdir. “Alitech Studio” hər hansı bir işinə yanaşmada “qızıl orta” prinsipinə riayət etməyə üstünlük verir və buna çalışır. Beləliklə də, həllin qısa müddət ərzində maksimal səmərəliliyini əldə etmək üçün optimal yanaşma modeli seçilir.
Sonda, hazırlanmış bütün bu materiallar tanış olmaq və təsdiq edilmək üçün Sifarişçiyə göndərilir. Sifarişçinin qeydləri və arzuları nəzərə alınaraq mətnlərdə son dəqiqləşdirilmələr aparılır və bununla da Mətnlərlə İş üzrə Departamentin işi sona çatır. Çox böyük vaxt və zəhmət tələb edən bu işlər Mətnlərlə İş üzrə Departamenti əməkdaşları tərəfindən yerinə yetirildikdən sonra, saytın layihəsi üzrə bütün mətnlər hazır olandan sonra layihənin özü yenidən Kreativlər Departamentinə qaytarılır.