Texniki departament
Kreativlər Departamentində gedən işə paralel olaraq Texniki Departamentdə də iş başlanır. Əlbəttə ki, veb-resursun texniki tələbatlarının ilkin hesablanması marketinq bölməsində baş verir. Və Texniki Departament üçün hazırlanan tapşırıqda bu veb-resursun təyinatı, onun üzərinə düşə biləcək məlumat tutumluluğu və yüklənmə həcmi və o cümlədən, bu veb-resursa xidmət edəcək işçi heyəti müəyyən edilir və göstərilir.
Bu baza məlumatlarından istifadə edən Texniki Departamentin mütəxəssisləri sifariş verilmiş konkret sayt üçün məhz hansı sistemin tətbiq edilməsini müəyyən edirlər. Bundan sonra veb-resursun idarə edilməsi sxemi hazırlanır. Daha sonra saytın “HTML” kodunun hazırlanması üzrə işlər aparılır. Bundan sonra isə Texniki Departamentin mütəxəssisləri saytın idarə edilməsi üzrə proqram təminatını hər bir konkret sayta uyğunlaşdırırlar. Uzun illərin iş təcrübəsindən çıxış edən studiyamız, veb-resursların texniki platformalarını öz partnyorlarının hazırlanma mərhələsində olan saytlarında istifadə etmək üçün belə platformaların bir çox tanınmış istehsalçıları ilə əməkdaşlıq edir. Belə istehsalçılar arasında şirkətimiz əsasən “Bitrix”, “Drupal”, “Cat”, “Joomla” proqramlarının istehsalçıları ilə əlaqə qurmuşdur. Qeyd edək ki, bu proqramlar onlara sahib olan istehsalçıların lisenziyası ilə istifadə olunur. Beləliklə də, şirkətimizin təqdim etdiyi məhsulların sifarişçisi olan müştəri, saytın idarə edilməsi üzrə sertifikatlaşdırılmış texniki platformanın rəsmi sahibinə çevrilir. Bunlarla bərabər, qeyd etmək istərdik ki, “Alitech Studio”nun portfelində mürəkkəb texniki layihələr sırasından sayılan bir çox layihələr vardır. Belə bir layihə - həm məlumat bazaları ilə iş və fleş-proqramlaşdırma işi də daxil olmaqla müxtəlif sistemlərdə proqramlaşdırma, həm bir neçə dildə hazırlanan mürəkkəb multi-media layihələri və inteqrasiya edilmiş servislərlə aparılan iş deməkdir. Bölmənin əməkdaşlarının apardığı texniki platforma üzərinə dizayn inteqrasiyası işlərinin bitməsindən sonra saytın test yoxlanması işləri başlayır. Test işlərinin müvəffəqiyyətlə başa çatması halında Sifarişçinin əməkdaşları ilə sistemlə tanışlıq və onun idarə edilməsi üzrə treninqlər keçirilir. Hazırlanmış sayta olunan sonrakı texniki dəstək (sistemin texniki yenilənməsi və yeni modulların inteqrasiya edilməsi üzrə işlər) də həmçinin texniki şöbənin əməkdaşları tərəfindən həyata keçirilir. Studiyamızın demək olar ki, bütün növ layihələrinin ən son həlqəsi – veb-resursun mətn baxımından tərtibatı mərhələsidir. Beləliklə, bu problemin həlli üçün, yəni saytı mətn və məzmun baxımından təmin etmək üçün ayrıca bir şöbə - Mətnlərlə İş üzrə Departament yaradılmışdır.