Alitech Studio

Kreativ Təşəbbüslər Departamenti

Kreativ Təşəbbüslər Departamenti

Kreativlər Departamentinə daxil olan sayt layihəsi üzərində iş növbəti mərhələyə qədəm qoyur. Burada öz işlərinin xiridarları olan mütəxəssislər - ən yüksək səviyyəli professionallar saytın dizayn tərtibatı üzərində işləməyə başlayırlar. Bu yerdə bir haşıyə çıxaraq qeyd etmək istəyirik ki, “Alitech Studio” veb-resursların dizaynı işlərində “art” istiqamətə (incəsənət istiqamətinə, yönümünə) üstünlük verir. Bu istiqaməti formalaşdıran mütəxəssislər – illüstratorçu-rəssamlar və dizayner-poliqrafistlər, professional fotoqraflar və sənaye dizaynerləri, kiçik şəkilləri (ikonkaları) hazırlayan dizayner-mozaistlər və multiplikatorlar, veb-dizaynerlər və interfeyslərin dizaynerləri, 3d-dizaynerlər və digər orijinal sahələr üzrə mütəxəssislər – bütün bu şəxslər saytın vizual konsepsiyasının və bilavasitə dizayner həllinin özünün yaradılması üçün cəlb edilirlər.

Ən əvvəl bu mütəxəssislər yaradacaqları veb-məhsulun Sifarişçi-şirkətin korporativ stilinə tam uyğunluğunu təmin etmək üçün onu diqqətlə nəzərdən keçirib öyrənirlər. Burada bir incə detalı da qeyd etmək zəruridir. Belə ki, qəbul edilmiş sifarişin yerinə yetirilməsi üçün lazım olan bütün vizual məhsullar şirkətimizin daxilində yaradılır. Bu səbəbdən də, bir çox studiyaların və şirkətlərin işində tez-tez rast gəlinən praktikalardan fərqli olaraq, bizim müştərilərimiz başqalarının materiallarından istifadəyə görə yarana biləcək hüquqi məsuliyyət baxımından arxayın ola bilərlər.

“Alitech Studio”nun topladığı çoxillik iş təcrübəsi studiyanın menecer heyətinə demək olar ki, elə birinci dəfədən Sifarişçilərimizin estetik və kommersiya tələblərinə cavab verən dizaynı həyata keçirməyə imkan verir.

Bu mərhələdə saytın vizual konsepsiyasının hazırlanması üzrə işlər aparılır. Departamentdə çalışan mütəxəssislərimiz hər bir Sifarişçinin iş üslubuna, korporativ nişanlarına və həmçinin mümkün ola bilən korporativ rənglərinə uyğun olaraq onun saytının vizual tərtibatını işləyib hazırlayırlar. Qeyd etmək lazımdır ki, saytın vizual tərtibatı onun gələcək dizayn quruluşunun əsasını təşkil edir. Bu baxımdan saytın vizual tərtibatı üzrə işlər başa çatdıqdan sonra o Sifarişçi ilə razılaşdırılmaq üçün ona təqdim edilir. Bu zaman sayt kompüter monitorlarında şəkil formasında əks olunur. Əlbəttə ki, bu zaman həmin şəklin heç bir aktiv hissəsi və yaxud düyməsi olmur. Çünki bu şəkil, faktiki olaraq saytın görünüşünü təşkil edir. Sonradan, bu şəkildəki detalların “canlanması”, hər hansı digər səhifələrə və yaxud yerlərə keçməsi üçün onun Texniki Departamentin “əlindən” keçməsi lazımdır.

Beləliklə, saytın vizual konsepsiyasının hazırlanmasından və onun bütün incəliklərinin Sifarişçi tərəfindən təsdiq edilməsindən sonra layihə studiyanın Texniki Departamentinə təhvil verilir. Və bir də bu layihə üzrə bütün mətnlər hazır olandan sonra o, Kreativlər Departamentinə geri qayıdacaqdır. Çünki, mətnlərin saytda yerləşdirilməsi və tərtibatı (dizaynlaşdırılması) işi ilə kontent-dizaynerin məşğul olması daha məqsədəuyğundur.