web site

Shafaq

“Şəfəq” tikinti şirkəti daşınmaz əmlak bazarında artıq 10 ildən yuxarıdır ki, fəaliyyət göstərməkdədir. Bu fəaliyyət müddəti ərzində tərəfimizdən çox sayda yaşayış obyektləri tikilib istismara verilmişdir.

Şirkətimizin prioritet xüsusiyyətlərindən biri də inşa etdiyi tikililərin keyfiyyəti və təhlükəsizliyidir. Bütün bu dövr ərzində - ilk tikilib istismara verilmiş obyektlərdən başlamış, hazırda tikintisi davam edən binalara qədər – bu iki amil dəyişməz, stabil və sabit qalmışdır. İstismara təqdim edilmiş bütün yaşayış kompleksləri daima həm mütəxəssislərin, həm də bilavasitə istifadəçilər olan müştərilərin ən yüksək qiymətini qazanmışlar.

“Şəfəq” şirkəti özünün keyfiyyətli mənzilləri, otaqlarının savadlı və düşünülmüş planlaşdırılması, tikinti prosesində təhlükəsiz və möhkəm materiallardan istifadə edilməsi, zəmanətli və haqlarında yaxşı rəyə malik olan malgöndərənlərlə işbirliyi ilə daşınmaz əmlak bazarında təqdim olunmuşdur. Bütün bunlar şirkətə müştəriləri arasında qazanılmış etibarlı ada malik olmağa gətirib çıxarmışdır.