web site

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə yenidən təşkil edilmişdir.

Nazirlik kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirliyin yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti, Dövlət Fitosanitar Nəzarət Xidməti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirliyi yanında kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti fəaliyyət göstərir. Nazirlik həmin xidmətlərin fəaliyyətini əlaqələndirir və onlara nəzarəti həyata keçirir. Bununla yanaşı, Respublika Prezidentinin 21 iyun 2009-cu il tarixli 392 nömrəli Sərəncamı ilə “Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilmişdir.